Сообщения

Сообщения за 2018

İnsan kimdir ?!

Изображение
Gözlərimi yumuram və görürəm ki, olduqca hündür bir qayanın üzərində oturmuşam. Hava qaranlıqdır.. Parlaq ulduzlar sonsuz göylərə səpələnərək ruhumu da uzaqlara çəkib... Qayanın altında coşqun dəniz var. O bu gün ç ox coşqun və dalğalıdır... Dalğalar zərblə qayalara çırpılır, daşlar islanır və bu soyuqdan həzz alırmışlar kimi, səssizcə A llah a bu gözəlliyə görə şükürlər edirlər... Səssizlik məgər ən gözəl dua deyilmi? Sərin külək əsir və mənim yanımda oturaraq başını dizlərimin üzərinə qoyan sevgilimin saçlarını sığallayır... Coşqun dəniz, dənizin ətri və dalğaların zərbəsindən azacıq titrəyən qaya, qaranlığın üzünü zinətləndirərək asimanı bəzəyən sehrli ulduzlar ,əsən sərin külək, bir az kənarda qalanmış ocağın arabir gələn tüstü ətri... Göylərə, uzaqlardan bizə baxaraq xəyallarımızı özlərinə çəkən ulduzlara baxırıq, əsən küləklə rəqs edirik, dənizin qoxusu isə ruhumuzu ovsunlayırıq, azadıq, xoşbəxtik.. Xoşbəxtlik məgər bu qədər gözəl mi? Tək o var, bir də mən. Bir təbiət var, bir

PƏNCƏRƏ

Изображение
Hər dəfə içimi didən düşüncələrdən, qəlbimi göynədən sıxıntılardan uzaqlaşmaq, bir an da olsun azad olmaq istəyərkən pəncərəmin məhəccərinə söykənib həyətə baxardım, gözlərim bir nöqtəyə dirənib göynəyəndə göz qapaqlarım yumulardı. Mən pəncərədən gəlib-gedənləri görmək üçün baxmazdım, içimdəkilərdən, yaşadığım hadisələrdən qaçar, uzaqlara gedərdim. Əslində pəncərə mənim üçün içimdəkilərdən qaçmaq, başqa bir dünyaya qovuşmaq istəyi idi. Həmin dünyada isə başqa hisslər, başqa düşüncələr var idi. Orada özgə bir  azadlıq var idi Elə bir azadlıq ki, o  azadlığı heç kim heç yerə yozmaz, heç kəsə söyləməzdilər. O pəncərədən başlayan səslər həmişə məni çağırardı. ..  -Düş gəl, gecikmə, geciksən bizə çata bilməyəcəksən. Səni yaşamağa qoymayacaqlar, tez ol, gəl bizə tərəf, tələs, yoxsa peşman olarsan... Guya gecikməmişdim ki? ! ... Əslində mən bir əsr bundan qabaq dünyaya gəlmişdim. Ancaq onda özümdən böyüklər mənə baxıb, “gecikmisən” demişdilər. . . Qohumlar bəlkə də vay-şivən qoparmı

Səni düşünmək belə gözəl..

Изображение
Səni Düşünmək belə gözəl... Səni düşünmək içimdə parlaq bir göyqurşağının açması kimi ürəyimi bir o yandan bir bu yandan vurduran, sonu olmayan bir uçurumdan düşmək qorxusu daşıyaraq, lakin burnunun belə qanamayacağından əmin, dinclik içində buludlardan tutmaq və dadını çıxarmaqdır küləyin... Səni düşünmək əsla yanında ola bilməyəcəyimi bilməmə baxmayaraq, hər günə və hər şeyə səndən bir parça qatmaqdır ! Kölgəsində belə sən varsan bədənimin... Bir "Sən Sevdiyin" bir mahnıda itirdiyim səni, başqa bir mahnıda tapmaqdır bəlkə də ! Səni düşünmək ən gözəl xəyalı görmək və özünü itirmək, dünyanı ayaqlar altına alıb yelkən açmaqdır başqa dünyalara, rəqs etmək qısqanc ay işığında və toxunmaqdır səmadakı  ulduzlara. Boğularkən ən dərin ümmanlarda bir nəfəs olmağındır bədənimdə, həyat deyilən hüceyrənin ən gizli yerlərində solmuş ruhumu ruhlandırmağındır birdən-birə... Bu gün anladım ki səni düşünmək: Yıxılmaqmış taa Everestdən Oyanmaqmış ən acı ən ağrılı yuxulard

Həyat dediyin əslində "sevgi" deyilmi?!

Изображение
Bəzilərimiz bağışlamağa o qədər meylliyik ki əslində! Hətta hər insan... Möhtacıq bəlkə də hamımız bəzilərinə inanıb , güvənməyə və buna görə də səhvləri olsa da güvəndiklərimizin, bəlkə də sırf tutuna biləcək bir budaq tapma dığımızı düşündüyümüz üçün bağışlayırıq onları. Ürəyimizi nə qədər qırırlar qırsınlar, öz - özümüzə bir daha üzlərinə baxmamağa and içsək də, bizə atılan bir addıma qaçaraq cavab verməyə o qədər məcburuq ki!.. Ya da məcbur hiss edirik... İçində olduğumuz çətin anları sovuşdurmaq üçün gözəl sabahlara ehtiyacımız var. Yalan da olsalar “ şirin ” vədlər kimi.. ."Bir cəfa çəkirəm , amma dəyəcək , bilirəm." deyə bilmək istəyirik heç olmasa .. . Həyatımızı bütün əksiklikləriylə qəbul etmək lazımdır, bəlkə də.. . Bunu nə qədər edə bildiyimiz i sə müzakirə edilir. Səhər xoşbəxt oyanmaq, gecələri xoşbəxt yatağa girmək...  Bəzən yenə doğulduğu üçün günəşi günahla ndırı rıq, hirslənərik ona. .. Bəlkə də gedəcək gözəl bir yerimiz yoxdur... Kimimizin q

DOSTUMA

Изображение
Beynindəki anormal düşüncələrdən xilas ol! Bax, yanındayam. Bilirsən ki, nə lazım dır sa edərəm. Yetər ki, həyatın davam etdiyinə inan. Ölməyi düşünmə. Çıxar beynindən intihar planlarını. Dərdlərinin yarısını ver mənə, çiyinlərimdə daşıyaram öm rümün sonunadək . Məğlub olmağı düşünmə! Necə çıxarım səni kor quyulardan?! Dərd eləmə, hər gecənin bir sabahı olur, hər buludun arxasında bir günəş gizlənir. Qarabasmalara təslim etmirəm səni... İşığın olaram qaranlıqlarda. Əsla geri durma! Mən bunun üçün yanındayam. Çətinə düşəndə bir cümlədən digərinə sarılaraq keçirəmsə qarşıya,  sənə də yapışacağın budaq olaram. Əlindədir həyata yenidən başlamaq. Demirəm sənə, qaldığın yerdən davam e t , çünki qaldığın yerdən davam e t diyin yerdədir xatirələr .. .   Rahat buraxmazlar ki , s ə ni onlar ... Yenid ə n ba ş layacaqsan sevm ə y ə, h ə tta dostlar ı na da bir d ə n ə z ə r salacaqsan se ç im etm ə k üçü n , b ə lk ə bel ba ğ lamayacaqsan art ı q he ç kim ə... Bayaqda

Dünən bir mesaj gəldi...

Изображение
Dünən bir mesaj gəldi... Səndən sandım... Baxdım... Sevgilimdənmiş... Sadəcə cismiylə yanımda olan birindən... Atdım telefonu kənara...Cavab da yazmadan... Bəlkə  sən olsaydın necədə həyəcanla, gözlərimin içi gülərək cavab yazardım... Hələ də sevgilim yazdığı mesaja cavab gözləyir... Qoy gözləsin... Məndə səndən mesaj gözləyirəm... Sevgilim artıq əsəblə dolu ikinci mesajı yazdı... Sevgi və üzr dolu mesaj gözləyir... Ancaq yazmayacam... Qoy üçüncü mesajda ayrılmaq istədiyini yazsın... Hər şey üç cavabsız mesaj qədər qısa və dəyərsizdi... Nə günə qaldın sən sevgi?  Heç özünə baxmırsan... Güzgün mü yoxdu yoxsa? “Sevdiyinlə sevgilin eyni olsun”- necə də maraqlı sözlərdir... Budur üçüncü mesaj da gəldi “bir də mənə yazma və axtarma”... Mən onsuz da yazmırdım və axtarmırdım... Bu insanlar qəribədi, etmədiyim bir şeyi “ etmə ” deyir mənə... Nəticə budur ki, artıq cismən də yalnızam... "Məni itirdin" də yazmışdı son mesajda... Mən itirmədim... Mən imtina etdim... Mən yal

324 gün

Изображение
324 gün...  Sənsiz və  səni görmədən... Yalnızca ürəyimdə  və sənin  getdiyin yollardan aldığım təsəlli ilə... İstəmədiyim bir vaxtda o gözlər və yenə mən... Sanki ürəyim dərinliklərində basdırdığım qızıl daş bir andaca parladı... Amma elə bir parlayan qızıl deyildi, sanki qəlbim bir andaca alovlandı... Mən, sənə və özümə həqiqətən səni sevdiyimi anlatmaq üçün bu acıyla yaşadım...Yaşadım ki, sevməyin nə olduğunu sənə çatdırım... Və sənə olan sevgimin bir müddətlik keçici hiss olmadığını göstərim... Göstərim ki, SEVGİ ayrı qaldığında, görmədiyində, çox uzaqlarda olsan belə azalmayacaq bir hissdir.. Elə bir hiss ki, heç də hamı yaşaya bilməz... Yaşada bilməz...  Və bunu yaşatmaq nə qədər çətin olsa da, hər an beynimi yeyib bitirən bir düşüncə vardı... “səni itirmək daha çətindir...” Bilmirəm bu gün həsrətində olduğum gözlər, kiminsə yolunu gözləyir ya yox, ama bildiyim bi şey var, o gözləri gözləyən bi göz vardı ki, bu gün arzusuna çatdı... Lakin arzu etmədiyi vaxtda... Amma bu