DOSTUMA
Beynindəki
anormal düşüncələrdən xilas ol! Bax, yanındayam. Bilirsən ki, nə lazımdırsa edərəm. Yetər ki, həyatın davam etdiyinə inan.
Ölməyi düşünmə. Çıxar beynindən intihar planlarını.
Dərdlərinin yarısını ver mənə,
çiyinlərimdə daşıyaram ömrümün sonunadək. Məğlub olmağı
düşünmə! Necə çıxarım səni kor quyulardan?!
Dərd eləmə, hər gecənin bir sabahı olur, hər
buludun arxasında bir günəş gizlənir. Qarabasmalara təslim etmirəm səni... İşığın
olaram qaranlıqlarda. Əsla geri durma!
Mən bunun üçün yanındayam. Çətinə düşəndə bir
cümlədən digərinə sarılaraq keçirəmsə qarşıya, sənə də yapışacağın budaq
olaram. Əlindədir həyata
yenidən başlamaq.
Demirəm sənə,
qaldığın yerdən davam et, çünki qaldığın yerdən davam etdiyin yerdədir xatirələr... Rahat buraxmazlar ki, səni onlar... Yenidən başlayacaqsan sevməyə, hətta dostlarına da bir də nəzər salacaqsan seçim etmək üçün, bəlkə bel bağlamayacaqsan artıq heç kimə... Bayaqdan təsəlli verirəm, bilirəm, təsəlli vermək çox asandır... Amma sən də məni təsəllilərinlə yaşatmadın mı DOSTUM?!... Yenə yanındayam həmişəki kimi.
“Mən daha yaxşıyam, sən daha qəşəngsən”- deyə mübahisə edib unudacağıq acı hekayələrimizi..
Nəysə çox danışdım, hamı məəttəl qalacaq, YOX, gözləyin...
ARDI OLACAQ...
Saol seni shair...
ОтветитьУдалитьTəşəkkür edirəm :)
Удалить