Gülümsəmək çətindir bəzən...
Gülümsəmək çətindir bəzən;
Boğazındakı düyün varlığını tez-tez hiss etdirərkən. Göz bəbəklərin dolu,
ürəyində davamlı bir sızı varkən...
Gülümsəmək çətindir bəzən; Ən
güvəndiyin insanlar səni tərk etmiş, kütlənin orta yerində təkliyi özünə can
yoldaşı etmişkən...
Gülümsəmək çətindir bəzən;
Sevdiklərin bir-bir boşluqda itib gedərkən və səsin arxalarından qışqırmaq üçün
cılız qalmışkən...
Gülümsəmək çətindir bəzən; Həyat
çiyinlərində bütün ağırlığıyla özünü hiss etdirərkən və yaşamaq yalnız nəfəs
alıb vermək olmuşkən...
Gülümsəmək çətindir bəzən;
Ağlayan bir uşağın gözyaşlarında boğularkən ya da bir insana kömək edə
bilməməyin əzikliyini yaşayarkən...
Gülümsəmək çətindir bəzən; Bu
dünyada bir kütlə olmaqdan, kənara keçə bilmədiyin tez-tez xatırladılmışkən...
Gülümsəmək çətindir bəzən;
Sevənlərin sevdiklərinə, dostların dostlarına, övladların valideynlərinə,
insanların insanlara etdiklərinə şahid olmuşkən...
Gülümsəmək çətindir bəzən; Gözəl
günlərini səssizcə dünənə təslim edib, sabaha ümidsizcə baxarkən və bu günü
peşmançılıq içində yaşaya bilməzkən...
Gülümsəmək çətindir bəzən; Hər
kəs üstünə gəlib səni əzərkən, əzilməyə baş qaldıra bilməzkən və öz gözündə
belə kiçilərkən...
Gülümsəmək çətindir bəzən; Bütün
kədərli mahnılarda özünü görüb içdən-içə ağlayarkən...
Gülümsəmək çətindir bəzən;
Keçmişi xatırlamaq acı verərkən. Və keçmişə baxdığında yalnız səhvləri
görərkən...
Gülümsəmək çətindir bəzən; Həyat ilə ölüm arasında seçim etmə nöqtəsinə
gəlib, amma həyatı seçməmişkən...
Комментарии
Отправить комментарий