Сообщения

Сообщения за июнь, 2014

Nəfsimə məktub...

Изображение
      Ey nəfsim! Sənə çaşıram! İçərisində rahatlıq olmayan bir evdə rahatlıq istəyirsən. Fani olduğunu bildiyin dünyanın dadını çıxarmaq istəyirsən. Zövq və əyləncə istəyirsən hadisələrin aqibətinə baxmırsan.          Ey nəfs! Niyə insanların qarşısında təqvalı, saf və iffətli görünməklə məşğul olub qaranlığa bürünüb insanların ətraflarına çəkildikləri vaxt sanki səni görmürmüş kimi ALLAHa üsyan etməyə cürət edirsən.          Ey nəfs! Sənə nə olurda sanki ondan əmin olmusan kimi dünyaya güvənirsən. Əvvəlkilərin vəziyyətlərini xatırlamazsan mı? Onlar həyatlarını dünyaya hədiyyə etmişlər və dünyanı ən böyük qayğıları etmişlərdi,  birdə baxdılar ki,  dünya onlara əcəllərini gətirmiş və nemətləri atəşə çevirmiş. Bilmirsən mi ki,  dünya hiyləçidir, məqsədləri və vəziyyətləri dəyişdiricidir. Bu halda ona necə güvənərsən? Hər hansı bir anda ölüm sənə hücum edib səni içində olduğun şeydən çıxara bilər və səni bir diyardan onun üçün hazırlanmadığın başqa bir diyara aparar. Orada sən