Сообщения

Сообщения за январь, 2014

Keçmişdən gələn qonaq

Bu gün heç olmadığı qədər həyəcanlı idi. Sanki illərini itmiş bir xəzinənin axtarışına sərf edən bir səyyah kimi hiss edirdi özünü. Etməli idi də.. Çünki, gənclik illərinin xəzinəsini tapmışdı.. İllər öncə istəmədən ayrıldığı, axtarsa da tapa bilməyəcəyi bir yaxınını tapmışdı dünən. Bütün qəzet başlıqlarının baş xəbərində idi həmin adam.. Hər kəs bu qadının dünya hegemonlarıyla şərik olmasından danışırdı.. O, isə heç bir şeyi düşünmürdü, yalnız onu tapdığı üçün sevinirdi.. Dünən ilk dəfə adını eşidəndə qərar vermişdi onunla görüşməyə. Onunla illərin həsrətini ovutmağa, unutmağa getməyi qərarlaşdırmışdı dünən.. Onun əllərindən yenə tuta bilmək, gözlərinə baxıb, yenə də içdən içə “səni hələ də sevirəm” demək istəyirdi. İstəyirdi.. Onu gənclik illərində olduğu kimi hələ də çox sevirdi.. Bu gün işdən həmişəkindən fərqli olaraq tez çıxmışdı.. Həyatının görüşü vardı.. Gəncliyini əlindən almış, sevgisini əlindən almış birini görəcəkdi bu gün.. Keçmişindəki kimi xəyal edirdi onu.. Sevinc