Сообщения

Сообщения за 2019

İstərdim...

Изображение
Yenə ağ vərəq var qarşımda, boş sətirlərinin dolmasını gözləyir... Qaranlıq ətrafımda uzaqda qonşu evlərin zəif işıqları görsənsə də, İşı ğ ın gücü ətrafımı aydınlatma ğ a yetmir... İndi ətrafımı gecənin nuru olan, ayın nura boyanmış işığı aydınladır...Qaranlıqa düçar olmuş, o saf səmaya baxıram.... Ulduzların gözəlliyi valeh edir məni... Birdən gözüm qaranlıq səmanı bəzəyən ulduzun enişi n ə sataşı r ... Həmin anda arzu tutmaq ağlıma gəlsə də, ilk sən düşdün yadıma ... Arzularımdan öncə gəlirsən ağlıma... Səbəbini bilərsən mi söyləsəm...? Niyə arzularımın başı və sonu sənsən...? Fikrə daldıqca özümü başqa dünyanın qapıları acılmış, ikimizin məkanında sanıram... Bədənimi, ürəyimin yanğısını bürüyən bu saf meh, məni öz dünyamıza daha da daxil edir. Əllərimlə həyatıma toxunuram sanki öz aləmimdə... Artıq tənhalığı hiss etdirmir də ətrafımdakı mələklər... Arzum da yox qəlbimdə... İntizar da bezib qaçıb məndən... Söylə indi... Kim geri dönər burdan...? Başımı eyvanın şüşəsinə

Çək gözlərini gözümdən...

Изображение
B axma gözlərimə, gözlərimə baxma… Donmuş ruhun içində qıy cəkmiş çağlayan dənizlərin, fırtınaların iniltisini görürəm... Gözlərimə baxma.... Çək gözlərini gözümdən, təaqəti yetmir inildəyən ürəyin baxışını izləməyə... Mən çəkə bilmirəm, yerindən oynada bilmirəm heykəl olmuş göz bəbəklərimi.... Nəinki, üzümü cevirib gedə bilim... Sən ki bunu bacarırsan... Ey gözlərini mənə dikmiş gözlərimin sahibi.... Çək gözlərini gözümdən, qoy bu yoluma davam edim... Gözlərimə tikilmiş, bir cüt gözə arxa dönüb , onları tərk edə bilim... Səssiz eşidirəm gözlərindən sözlərini... Daxilində nə baş verir mən görürəm  gözlərini... Nə olar... Ey gözlərini mənə tikmiş gizli eşqin sahibi, çək gözlərini.... Poz bu sükutu, poz bu xəyalları, poz bu göydən yerə nur tək yağan gözə görünməz yağışları, leysanları... Çək gözlərini gözümdən, qoy qıy cəkmiş ağlaq təbiət öz səadətinə qovuşsun... Çək gözlərini gözümdən, dənizlər ləpələrlə ovunsun.... Çək gözlərini, baxma gözlərimə, yetər

Sən lazımsan...

Изображение
Sadəcə Sən!!! Sən lazımsan.. Bir tək sən…  Mənə sadəcə sən lazımsan... Eşidirsən mi?.. Çətinmidir məni anlamaq...Bunu dərk etmək?... Görmürsən mi məni... Gözlərimə dolan... Mənliyimi saran sevgini?... Duymursan mı ürək döyüntülərimi?... Heç mi hiss etmirsən vücud titrəyişimi?... Nədən bu laqeyidlik?!... Niyə bu susqunluq?!... Qışqırmaq istəyirəm can ağrılarımdan da...dözülməzdir artıq... Qaçmaq istəyirəm özümdən...Çəkilməzəm artıq... Gəldin... İzin belə almadan məskən saldın qəlbimdə... Yıxdın... dağıtdın... Talan etdin... Qopartdın məni məndən... Alt-üst etdin min-bir əziyyətlə qurub,inşa etdiyim dünyamı... Amma,indi gedirsən...Geriyə bələ baxmadan... Məndən aldıqlarını yerinə qoymadan... Yoruldum...Yoruldum könül yollarımda kimsəsiz... Səssiz addımlamaqdan... Yenə gedirsən... Yenə yolun yarısında tək qoyursan... Getmə... Tut əllərimdən son bir dəfə... Hiss edim damarlarda süzülən qanımda hərarətini... Qaçırtma gözlərini...Qoy baxım, s