Çək gözlərini gözümdən...
Baxma
gözlərimə, gözlərimə baxma…
Donmuş ruhun
içində qıy cəkmiş çağlayan dənizlərin, fırtınaların iniltisini görürəm...
Gözlərimə
baxma....
Çək gözlərini
gözümdən, təaqəti yetmir inildəyən ürəyin baxışını izləməyə...
Mən çəkə
bilmirəm, yerindən oynada bilmirəm heykəl olmuş göz bəbəklərimi....
Nəinki, üzümü
cevirib gedə bilim...
Sən ki bunu bacarırsan...
Ey gözlərini mənə dikmiş gözlərimin sahibi....
Çək gözlərini
gözümdən, qoy bu yoluma davam edim...
Gözlərimə tikilmiş,
bir cüt gözə arxa dönüb, onları tərk edə bilim...
Səssiz eşidirəm
gözlərindən sözlərini... Daxilində
nə baş verir mən görürəm
gözlərini...
Nə olar... Ey gözlərini mənə tikmiş gizli eşqin sahibi, çək gözlərini....
Poz bu sükutu,
poz bu xəyalları, poz bu göydən yerə nur tək yağan gözə görünməz yağışları,
leysanları...
Çək gözlərini
gözümdən, qoy qıy cəkmiş ağlaq təbiət öz səadətinə qovuşsun...
Çək gözlərini
gözümdən, dənizlər ləpələrlə ovunsun....
Çək gözlərini,
baxma gözlərimə, yetər, bəsti daha qoy, bizimdə ürəyimiz ovunsun....
Çək gözlərini
gözümdən, donmuş zamanın yatmış saatı yenidən əqrəblərinə qovuşsun...
Çək gözlərini
məndən, sən çək
ki, məni sevənlər, sənin həsrətindən ölənlər ümid yolundan qoy gözlərini
cəkməsinlər...
Gözlərimə
baxa-baxa yum gözünü, qoy sevilən kipriklərin bir-biri ilə qovuşsun...
Çək gözlərini
gözümdən....
O qədər söz
deyir ki,
gözlərin, dayanmağa
gücü yetmir gözlərimin...
Sanki gözlərində
görürəm yanmış ağacın, qırılmış ürəyin iniltisini, kədərini...
Sanki
gözlərindən oxuyuram qələmsiz yazıçının yazdığı boş səhifələri...
Sanki duyuram
qarşıdan gələn leysana bənzər göz yaşlarını...
Sanki hiss
edirəm o gözlərin məni heç vaxt yalnız buraxmayacağını....
Çək gözlərini
gözümdən... Çək...
Çək gözlərini
gözümdən... Çək ki, qoy yoluma davam edim...
Комментарии
Отправить комментарий