İstərdim...
Yenə ağ vərəq
var qarşımda, boş sətirlərinin dolmasını gözləyir...
Qaranlıq ətrafımda
uzaqda qonşu evlərin zəif işıqları görsənsə də, İşığın gücü ətrafımı aydınlatmağa yetmir... İndi ətrafımı gecənin nuru olan, ayın nura boyanmış işığı aydınladır...Qaranlıqa
düçar olmuş, o saf səmaya baxıram....
Ulduzların
gözəlliyi valeh edir məni...
Birdən gözüm
qaranlıq səmanı bəzəyən ulduzun enişinə sataşır... Həmin anda arzu tutmaq ağlıma gəlsə də, ilk sən düşdün yadıma... Arzularımdan öncə gəlirsən ağlıma... Səbəbini bilərsən mi söyləsəm...? Niyə arzularımın başı və sonu
sənsən...? Fikrə daldıqca özümü başqa dünyanın qapıları acılmış, ikimizin
məkanında sanıram... Bədənimi, ürəyimin yanğısını bürüyən bu saf meh, məni öz
dünyamıza daha da daxil edir. Əllərimlə həyatıma toxunuram sanki öz aləmimdə...
Artıq tənhalığı hiss etdirmir də ətrafımdakı mələklər... Arzum da yox
qəlbimdə... İntizar da bezib qaçıb məndən... Söylə indi... Kim geri dönər
burdan...? Başımı eyvanın şüşəsinə söykərkən, əvvəllər axıtdığım göz yaşını
görməməyimə sevinirəm... Süzgün baxışlarla süzürəm, küləyin yellətdiyi ağacın saralmış,
amma son ümidlə budağından bərk-bərk yapışan yarpaqlarını... İlham aldığım öz
dünyamdan, məcbur yenə eyvanıma qayıtsam da... Gözlərim çox uzaqları görərək,
sənin yolunu gözləyir, sən öz dünyamızdan dönənədək... Bu gecə səhəri
qarşılayanadək qonaq qalacağını pıçıldayır qulağıma... Bir üşütmək keçir
bədənimdən, ruhum donur sanki...
Bu aləmlə öz aləmimin arasında bu dəqiqələri
uzatmaq istərdim... Günəşin oyanmasını izləyərək sabahlamaq istərdim...Və
gözümü acdığımda, sənin yanımda olduğunu görmək istərdim... Gecənin hüznündən
ayrılıb, üzünə baxaraq gülümsəmək istərdim... Hər şeyi unutmaq... Yeni günə
başlamaq... Çiyinlərimizdəki yaxşılıq mələyi ilə, həyatımıza davam etmək, həyatı
düzgün başa düşmək, gecə ilə gündüzə ömürlük qonaq olmaq istərdim...
Ehh... Nə gözəl demiş şair:
Hava Olmaq İstərdim,
Nəfəsin Olmaq Üçün,
Ürəyin Olmaq İstərdim,
Səni Yaşatmaq Üçün,
Комментарии
Отправить комментарий