Сообщения

Сообщения за октябрь, 2018

PƏNCƏRƏ

Изображение
Hər dəfə içimi didən düşüncələrdən, qəlbimi göynədən sıxıntılardan uzaqlaşmaq, bir an da olsun azad olmaq istəyərkən pəncərəmin məhəccərinə söykənib həyətə baxardım, gözlərim bir nöqtəyə dirənib göynəyəndə göz qapaqlarım yumulardı. Mən pəncərədən gəlib-gedənləri görmək üçün baxmazdım, içimdəkilərdən, yaşadığım hadisələrdən qaçar, uzaqlara gedərdim. Əslində pəncərə mənim üçün içimdəkilərdən qaçmaq, başqa bir dünyaya qovuşmaq istəyi idi. Həmin dünyada isə başqa hisslər, başqa düşüncələr var idi. Orada özgə bir  azadlıq var idi Elə bir azadlıq ki, o  azadlığı heç kim heç yerə yozmaz, heç kəsə söyləməzdilər. O pəncərədən başlayan səslər həmişə məni çağırardı. ..  -Düş gəl, gecikmə, geciksən bizə çata bilməyəcəksən. Səni yaşamağa qoymayacaqlar, tez ol, gəl bizə tərəf, tələs, yoxsa peşman olarsan... Guya gecikməmişdim ki? ! ... Əslində mən bir əsr bundan qabaq dünyaya gəlmişdim. Ancaq onda özümdən böyüklər mənə baxıb, “gecikmisən” demişdilər. . . Qohumlar bəlkə də vay-şivən qoparmı