PƏNCƏRƏ
Hər dəfə içimi didən düşüncələrdən, qəlbimi göynədən
sıxıntılardan uzaqlaşmaq, bir an da olsun azad olmaq istəyərkən pəncərəmin
məhəccərinə söykənib həyətə baxardım, gözlərim bir
nöqtəyə dirənib göynəyəndə göz qapaqlarım yumulardı. Mən pəncərədən
gəlib-gedənləri görmək üçün baxmazdım, içimdəkilərdən, yaşadığım hadisələrdən
qaçar, uzaqlara gedərdim. Əslində pəncərə mənim üçün içimdəkilərdən qaçmaq,
başqa bir dünyaya qovuşmaq istəyi idi. Həmin dünyada isə başqa hisslər, başqa
düşüncələr var idi. Orada özgə bir azadlıq var idi Elə
bir azadlıq ki, o azadlığı heç kim heç yerə
yozmaz, heç kəsə söyləməzdilər. O pəncərədən başlayan səslər həmişə məni
çağırardı...
-Düş
gəl, gecikmə, geciksən bizə çata bilməyəcəksən. Səni yaşamağa qoymayacaqlar,
tez ol, gəl bizə tərəf, tələs, yoxsa peşman olarsan...
Guya
gecikməmişdim ki?!... Əslində mən bir əsr
bundan qabaq dünyaya gəlmişdim. Ancaq onda özümdən böyüklər mənə baxıb,
“gecikmisən” demişdilər... Qohumlar bəlkə də
vay-şivən qoparmışdı mən dünyaya gələndə...
Və bəlkə də mən sonradan anlamışdım ki, dünyaya gəlməklə səhv etmişəm. Çünki mən, milyonların
arasında özümü tapa bilmədim. Buna görə də üzümü tutdum pəncərəyə və bu
pəncərəyə baxa-baxa dünyanın həsrətini çəkdim. Nə
deyim?! Bəlkə də günlərlə pəncərədən baxa-baxa, bir də görəcəyəm ki, ömrümü yarı eləmişəm...
Ah..Tanış Pencere, tanış pencere....
ОтветитьУдалитьHer kesin eslinde oz penceresi var...
УдалитьBəlkə də həmin pəncərə baxdıqlarımızı görməmək üçün bir səddi. Ya da o qədər yorğunuq ki,pəncərə önünə əyləşib də pəncərə arxasında gizlənmişik.
ОтветитьУдалитьBəlkə də olmaq istəyib də ola bilmədiyimiz, görmək istəyib də görə bilmədiyimiz şeylərdən bizi gizlədir o pəncərə... Ya da görmək istədiyimizə, olmaq istədiyimizə açılır o pəncərə...
Удалить