Сообщения

Сообщения за сентябрь, 2018

Səni düşünmək belə gözəl..

Изображение
Səni Düşünmək belə gözəl... Səni düşünmək içimdə parlaq bir göyqurşağının açması kimi ürəyimi bir o yandan bir bu yandan vurduran, sonu olmayan bir uçurumdan düşmək qorxusu daşıyaraq, lakin burnunun belə qanamayacağından əmin, dinclik içində buludlardan tutmaq və dadını çıxarmaqdır küləyin... Səni düşünmək əsla yanında ola bilməyəcəyimi bilməmə baxmayaraq, hər günə və hər şeyə səndən bir parça qatmaqdır ! Kölgəsində belə sən varsan bədənimin... Bir "Sən Sevdiyin" bir mahnıda itirdiyim səni, başqa bir mahnıda tapmaqdır bəlkə də ! Səni düşünmək ən gözəl xəyalı görmək və özünü itirmək, dünyanı ayaqlar altına alıb yelkən açmaqdır başqa dünyalara, rəqs etmək qısqanc ay işığında və toxunmaqdır səmadakı  ulduzlara. Boğularkən ən dərin ümmanlarda bir nəfəs olmağındır bədənimdə, həyat deyilən hüceyrənin ən gizli yerlərində solmuş ruhumu ruhlandırmağındır birdən-birə... Bu gün anladım ki səni düşünmək: Yıxılmaqmış taa Everestdən Oyanmaqmış ən acı ən ağrılı yuxulard