Səni düşünmək belə gözəl..
Səni Düşünmək belə gözəl... Səni düşünmək içimdə parlaq bir göyqurşağının açması kimi ürəyimi
bir o yandan bir bu yandan vurduran, sonu olmayan bir uçurumdan düşmək qorxusu
daşıyaraq, lakin burnunun belə qanamayacağından əmin, dinclik içində buludlardan
tutmaq və dadını çıxarmaqdır küləyin...
Səni düşünmək əsla yanında ola
bilməyəcəyimi bilməmə baxmayaraq, hər günə və hər şeyə səndən bir parça qatmaqdır !
Kölgəsində belə sən varsan
bədənimin... Bir "Sən Sevdiyin" bir mahnıda itirdiyim səni, başqa bir
mahnıda tapmaqdır bəlkə də !
Səni düşünmək ən gözəl xəyalı
görmək və özünü itirmək, dünyanı ayaqlar altına alıb yelkən açmaqdır başqa
dünyalara, rəqs etmək qısqanc ay işığında və toxunmaqdır səmadakı ulduzlara.
Boğularkən ən dərin
ümmanlarda bir nəfəs olmağındır bədənimdə, həyat deyilən hüceyrənin ən gizli
yerlərində solmuş ruhumu ruhlandırmağındır birdən-birə...
Bu gün anladım ki səni düşünmək:
Yıxılmaqmış taa Everestdən
Bəlkə də tanış, köhnə bir melodiyada itirməkmiş Səni, məni və BİZİ...
çox yaxşı. Senden zaten hözlenilir bele gözel yazılar.
ОтветитьУдалитьTəşəkkür edirəm 😊
УдалитьGozlediyim kiki bu defe daha da gozel (Rock) )
УдалитьÇox sağ ol əzizim 😚
Удалить