Сообщения

Сообщения за ноябрь, 2018

İnsan kimdir ?!

Изображение
Gözlərimi yumuram və görürəm ki, olduqca hündür bir qayanın üzərində oturmuşam. Hava qaranlıqdır.. Parlaq ulduzlar sonsuz göylərə səpələnərək ruhumu da uzaqlara çəkib... Qayanın altında coşqun dəniz var. O bu gün ç ox coşqun və dalğalıdır... Dalğalar zərblə qayalara çırpılır, daşlar islanır və bu soyuqdan həzz alırmışlar kimi, səssizcə A llah a bu gözəlliyə görə şükürlər edirlər... Səssizlik məgər ən gözəl dua deyilmi? Sərin külək əsir və mənim yanımda oturaraq başını dizlərimin üzərinə qoyan sevgilimin saçlarını sığallayır... Coşqun dəniz, dənizin ətri və dalğaların zərbəsindən azacıq titrəyən qaya, qaranlığın üzünü zinətləndirərək asimanı bəzəyən sehrli ulduzlar ,əsən sərin külək, bir az kənarda qalanmış ocağın arabir gələn tüstü ətri... Göylərə, uzaqlardan bizə baxaraq xəyallarımızı özlərinə çəkən ulduzlara baxırıq, əsən küləklə rəqs edirik, dənizin qoxusu isə ruhumuzu ovsunlayırıq, azadıq, xoşbəxtik.. Xoşbəxtlik məgər bu qədər gözəl mi? Tək o var, bir də mən. Bir təbiət var, bir