Сообщения

Сообщения за апрель, 2018

324 gün

Изображение
324 gün...  Sənsiz və  səni görmədən... Yalnızca ürəyimdə  və sənin  getdiyin yollardan aldığım təsəlli ilə... İstəmədiyim bir vaxtda o gözlər və yenə mən... Sanki ürəyim dərinliklərində basdırdığım qızıl daş bir andaca parladı... Amma elə bir parlayan qızıl deyildi, sanki qəlbim bir andaca alovlandı... Mən, sənə və özümə həqiqətən səni sevdiyimi anlatmaq üçün bu acıyla yaşadım...Yaşadım ki, sevməyin nə olduğunu sənə çatdırım... Və sənə olan sevgimin bir müddətlik keçici hiss olmadığını göstərim... Göstərim ki, SEVGİ ayrı qaldığında, görmədiyində, çox uzaqlarda olsan belə azalmayacaq bir hissdir.. Elə bir hiss ki, heç də hamı yaşaya bilməz... Yaşada bilməz...  Və bunu yaşatmaq nə qədər çətin olsa da, hər an beynimi yeyib bitirən bir düşüncə vardı... “səni itirmək daha çətindir...” Bilmirəm bu gün həsrətində olduğum gözlər, kiminsə yolunu gözləyir ya yox, ama bildiyim bi şey var, o gözləri gözləyən bi göz vardı ki, bu gün arzusuna çatdı... Lakin arzu etmədiyi vaxtda... Amma bu