324 gün
324 gün... Sənsiz və səni görmədən...
Yalnızca ürəyimdə və sənin getdiyin yollardan aldığım təsəlli ilə...
İstəmədiyim
bir vaxtda o gözlər və yenə mən... Sanki ürəyim dərinliklərində basdırdığım
qızıl daş bir andaca parladı... Amma elə bir parlayan qızıl deyildi, sanki
qəlbim bir andaca alovlandı... Mən, sənə və özümə həqiqətən səni sevdiyimi
anlatmaq üçün bu acıyla yaşadım...Yaşadım ki, sevməyin nə olduğunu sənə
çatdırım... Və sənə olan sevgimin bir müddətlik keçici hiss olmadığını göstərim...
Göstərim ki, SEVGİ ayrı qaldığında, görmədiyində, çox uzaqlarda olsan belə
azalmayacaq bir hissdir.. Elə bir hiss ki, heç də hamı yaşaya bilməz... Yaşada
bilməz... Və bunu yaşatmaq nə qədər
çətin olsa da, hər an beynimi yeyib bitirən bir düşüncə vardı... “səni itirmək
daha çətindir...”
Bilmirəm bu
gün həsrətində olduğum gözlər, kiminsə yolunu gözləyir ya yox, ama bildiyim bi
şey var, o gözləri gözləyən bi göz vardı ki, bu gün arzusuna çatdı... Lakin
arzu etmədiyi vaxtda... Amma buna baxmayaraq o həyəcanla, o gözlərdən aldığım
qüvvətlə yazıram bu yazını... Yazıram ki, qoy bilsin SEVGİLİM... Qoy bilsin ki,
bu ürəkdə yaşayan birisi var... Mən səni və sənə olan sevgimi bacardığım qədər
qəlbimdə saxlamağa çalışdım...Vaxtı gələndə sənə göstərmək üçün... Qoy bu xəbər sənin mənim üçün kim olduğunu
göstərsin... Sevgi mövzusunda hərbidə yazdığım ilk yazımdır və o da sənə aid..
...Səninlə xoşbəxt olmaq ümidilə....
Комментарии
Отправить комментарий