Bir qadın...
Heç bir qadını bütünlüklə əldə edə bilməzsiniz...
Özünə aid bir dünyası vardır və orada həmişə yalnızdır... O dünyaya kimsənin
girməsinə izn verməz.. Və heç bir açar o dünyanın qapısını açmağa qadir
deyil... Yalnızlıq onun sığınacağıdır... O sığınacağa nə zaman girəcəyinə, nə qədər
qalacağına hər zaman özü qərar verər... Əgər ordan çıxmağa onu məcbur etsəniz, onu
sonsuzadək itirə bilərsiniz...
Bir qadın uşaq kimidir əslində... Uşaq kimi
davranmağı sevər... Bir kişinin ona bir uşağa göstərdiyi şəvqəti göstərməsini
istər...Bir kişi bir uşağı oxşarcasına,incitməkdən qorxarcasına oxşamalıdır
qadını... Uşaq kimi davransa da hər qadın dinlənilməyi, diqqətə aklnmağı istər...
Yəni bir qadının uşaq kimi davranmasına izn verəcəksiniz, amma əsla onu uşaq
kimi görməyəcəksiniz...
Bir qadın güclüdür əslində... Hətta kişilərdən daha
çox güclüdür...Amma bu gücünü hər zaman ortaya çıxarmağı sevməz... Özünün edə
biləcəyi şeyləri də bir kişinin etməsini gözləyər... Beləliklə həm daha qadın
olduğunu hiss edəcək, həm də bir kişinin nə qədər güclü olduğunu görəcəkdir...
Ancaq bir qadın gücünü göstərmək istədikdə, onu heç nə əngəlləyə bilməz.. Etmək
istədiyi bir şey varsa, onu mütləq edəcək... İnanın.. Mütləq...
Bir qadın sevgilidir əslində... İçində hər zaman
sevgi daşıyar... Sevdiklərindən asanlıqla ayrılmaz... Sevdiklərini asanlıqla üzə
bilməz.. Çətinliklə sevər, amma tam sevər... Bir qadının tamamilə sevə bilməsi
üçün ürəyinin qəbul etdiyini beyninin də qəbul etməsi gərəkdir... Bəlkə də
asanlıqla ürəyinə girə bilərsiniz, ancaq beynində yer edə bilməmisinizsə özünüzə,
hər an tərk edilə bilərsiniz... Sevmədiyi halda
da tərk etməyən qadınlar da vardır əlbət ki... Bunun səbəbi isə əngəlləyə
bilmədikləri "acımaq" duyğusudur...
Bir qadın müdrikdir əslində... Nələr edə biləcyini
heç bir kişi ağlına belə gətirə bilməz... Yaradıcılığının sərhədi yoxdur...
Amma bunu ortaya çıxarmaq üçün həyatının kişisini gözləyər... Necə gəldi xərcləməzlər
yaradıcılıqlarını...Onu seçilmişlərinə saxlayarlar... Bir qadının həqiqətən
seçilmişi olmağı bacarmısınızsa, demək ki, çox şanslısınız... Çünki, sizin
sıradan bir yaşamınız olmayacaq...
Комментарии
Отправить комментарий