Sən lazımsan...

Sadəcə Sən!!!
Sən lazımsan..
Bir tək sən… 
Mənə sadəcə sən lazımsan...
Eşidirsən mi?..
Çətinmidir məni anlamaq...Bunu dərk etmək?...
Görmürsən mi məni... Gözlərimə dolan... Mənliyimi saran sevgini?...
Duymursan mı ürək döyüntülərimi?...
Heç mi hiss etmirsən vücud titrəyişimi?...
Nədən bu laqeyidlik?!...
Niyə bu susqunluq?!...
Qışqırmaq istəyirəm can ağrılarımdan da...dözülməzdir artıq...
Qaçmaq istəyirəm özümdən...Çəkilməzəm artıq...
Gəldin... İzin belə almadan məskən saldın qəlbimdə...
Yıxdın... dağıtdın... Talan etdin... Qopartdın məni məndən...
Alt-üst etdin min-bir əziyyətlə qurub,inşa etdiyim dünyamı...
Amma,indi gedirsən...Geriyə bələ baxmadan...
Məndən aldıqlarını yerinə qoymadan...
Yoruldum...Yoruldum könül yollarımda kimsəsiz... Səssiz addımlamaqdan...
Yenə gedirsən... Yenə yolun yarısında tək qoyursan...
Getmə...
Tut əllərimdən son bir dəfə...
Hiss edim damarlarda süzülən qanımda hərarətini...
Qaçırtma gözlərini...Qoy baxım, seyr edim son bir dəfə...
Həbs olum onlarda...qeyb olum sonsuzadək...
Yaxın dur...İzn ver, çəkim içimə nəfəsini...
Hopsun vücuduma doymadığım təravətin...
Səni mənliyimə möhürləyim...Yoxlunda belə sənlə yaşayım..
Qucaqla...Qucaqla...bərk-bərk.. Ruhun toxunsun ruhuma...
Sar məni isti...Güclü... Rahatlıq verən qollarınla...
İlk və son dəfə...
Təbəssüm et... Həkk edim yaddaşıma son halını...
Pıçılda...Sakitcə...Aramla...
Danış...Yalanlar belə olsa, danış...Yetər ki,susma...
Duyum səni...Dolsun qulaqlarıma son dəfə xoş səsin...
Gəl, arzu tutaq...Xəyal quraq...Son bir dəfə...
Dünya yalnız bizimmiş kimi...Yalnız biz varmışıq kimi yaşayaq son anları...
Gəl barışaq bir neçə saatlıq da olsa belə...
Unudaq hər şeyi...Hər kəsi...
Düşünməyək saniyələri... Dəqiqələri...
Yox sayaq bizdən qeyriləri...
Yalvarsam... Ağlasam... Qal desəm..?!
Son dəfə... Dayan...Getmə... Dön söyləsəm?!
Mümkünsüzdür... bilirəm, amma indi
Getmə...
İlk və son kəs yaxşılıq et varlığınla...
Sevindir ürəyimi yenə “sadəcə” mən istəyirəm deyə...
Getmə... Nə olar... Getmə...
Lazımsan…

Sən mənə sadəcə həmişəlik lazımsan...



Комментарии

Популярные сообщения из этого блога

"Salam, necəsən?"

Bir qadın...

Həyat dediyin əslində "sevgi" deyilmi?!