Nəfsimə məktub...

     Ey nəfsim! Sənə çaşıram! İçərisində rahatlıq olmayan bir evdə rahatlıq istəyirsən.
Fani olduğunu bildiyin dünyanın dadını çıxarmaq istəyirsən. Zövq və əyləncə istəyirsən hadisələrin aqibətinə baxmırsan.
         Ey nəfs! Niyə insanların qarşısında təqvalı, saf və iffətli görünməklə məşğul olub qaranlığa bürünüb insanların ətraflarına çəkildikləri vaxt sanki səni görmürmüş kimi ALLAHa üsyan etməyə cürət edirsən.
         Ey nəfs! Sənə nə olurda sanki ondan əmin olmusan kimi dünyaya güvənirsən. Əvvəlkilərin vəziyyətlərini xatırlamazsan mı? Onlar həyatlarını dünyaya hədiyyə etmişlər və dünyanı ən böyük qayğıları etmişlərdi,  birdə baxdılar ki,  dünya onlara əcəllərini gətirmiş və nemətləri atəşə çevirmiş.
Bilmirsən mi ki,  dünya hiyləçidir, məqsədləri və vəziyyətləri dəyişdiricidir. Bu halda ona necə güvənərsən? Hər hansı bir anda ölüm sənə hücum edib səni içində olduğun şeydən çıxara bilər və səni bir diyardan onun üçün hazırlanmadığın başqa bir diyara aparar. Orada sənin vəziyyətin nə olar, ey nəfs?!
        Ey nəfs! Cənnəti istədiyini iddia edirsən, amma onun üçün heç çalışmırsan. Atəşdən qorxduğunu iddia edirsən, amma ondan heç qaçmırsan! Əgər Cənnətə girsən orada nemətləndiriləcəyini, əgər Cəhənnəmə girsən orada əzaba uğrayacağını öyrənmədin mi?
        Ey nəfs! ! Nədən səni hər itaətə məcbur etdiyimdə tənbəlləşib məndən qaçır, yorğunluq və məşəqqəti bəhanə edir, bir günah gördüyündə isə ona qaçırsan?
         Ey nəfs! Mənə doğrunu söylə! Nə istəyirsən? Xoşbəxtlik mi bədbəxtlik mi? Rifah mı,  əzab mı? Ey nəfs! Sənə and içərəm ki, xoşbəxtlik və rifah ancaq ALLAHa itaətdə vardır. Bədbəxtlik və əzab isə günahlardadır.  Mənimlə razısan mı? Səndən ümid etdiyim şey budur...


Комментарии

Популярные сообщения из этого блога

"Salam, necəsən?"

İstərdim...

Gülümsəmək çətindir bəzən...