Həyat dediyin əslində "sevgi" deyilmi?!

Bəzilərimiz bağışlamağa o qədər meylliyik ki əslində! Hətta hər insan... Möhtacıq bəlkə də hamımız bəzilərinə inanıb, güvənməyə və buna görə də səhvləri olsa da güvəndiklərimizin, bəlkə də sırf tutuna biləcək bir budaq tapmadığımızı düşündüyümüz üçün bağışlayırıq onları. Ürəyimizi nə qədər qırırlar qırsınlar, öz- özümüzə bir daha üzlərinə baxmamağa and içsək də, bizə atılan bir addıma qaçaraq cavab verməyə o qədər məcburuq ki!.. Ya da məcbur hiss edirik...
İçində olduğumuz çətin anları sovuşdurmaq üçün gözəl sabahlara ehtiyacımız var. Yalan da olsalar şirin vədlər kimi..."Bir cəfa çəkirəm, amma dəyəcək, bilirəm." deyə bilmək istəyirik heç olmasa...
Həyatımızı bütün əksiklikləriylə qəbul etmək lazımdır, bəlkə də... Bunu nə qədər edə bildiyimiz isə müzakirə edilir. Səhər xoşbəxt oyanmaq, gecələri xoşbəxt yatağa girmək...  Bəzən yenə doğulduğu üçün günəşi günahlandırırıq, hirslənərik ona... Bəlkə də gedəcək gözəl bir yerimiz yoxdur... Kimimizin qalxıb birlikdə nahar edə biləcəyi bəziləri yoxdur deyə... Bəzi səhərlərsə gülümsəyərək oyandırar bizi günəş. Biz də qaş-qabağımızı tökərək deyil, gülümsəyərək “sabahınız xeyir” deyərik ona. Birlikdə nahar edə biləcəyimiz, bu gün hansı geyim geyinsəm, hansı çantamı alsam deyə soruşa biləcəyimiz bəziləri vardır yanımızda... Küçəyə çıxınca işığımız hər yerə vurar. Çəmənlərə, ağaclara, səkilərə - inanması çətin - o beton yığınlarına... Hər səhər qulağınıza taxıb, xarici dünyayla bağlarınızı qopardığınız qulaqlığınızı bu səhər evdə saxlamısınız bəlkə də. Bəlkə də, əlinizə alıb, cibinizə geri qoymusunuz.
İnsan yaxşısıyla pisiylə min bir növ şey yaşayır. Bir nəfəsə qırx söz sığdırırıq bəzən, bəzənsə saatlarla susuruq. Bəzən gülməkdən yaş gəlir gözlərimizdən, bəzən ağlamaqdan. Bəzən dirənirik mübarizə etməkdə, bəzən qəbul edirik məğlub olduğumuzu. Cəsur ola bilməsək də, cəsur kimi görünməyə çalışırıq çox vaxt həyata. Və bütün bu yaşadıqlarımızın adına da "həyat" deyirik qısaca... 
Nə qəribə elə deyilmi? İllərimizi verib yaşadıqlarımızı, beş hərfli bir sözcüyə sıxışdırırıq. Amma həyat bunlardan ibarət deyil əlbəttə! Yaradana əl açmaq, bəzilərinə bağlanmaq, bəlkə bir ağaç əkmək, bəlkə bir çiçəyi sulamaq, bəlkə bir quşa çörək qırıntıları vermək, həyata belə bir göz gəzdirib dolu-dolu gülümsəmək də var...
Bəlkə də o beş hərf bunlardan ibarətdir?!... Biz hər nə qədər "mən" mərkəzli yaşasaq da, bizdən başqalarının da nəfəs aldığını fərq etmək və onu sevməkdir bəlkə də. Var oluş səbəbini "sevgi" olaraq görə bilməkdir... Bəlkə də...


Комментарии

Отправить комментарий

Популярные сообщения из этого блога

"Salam, necəsən?"

Bir qadın...