Dünən bir mesaj gəldi...
Dünən bir mesaj gəldi... Səndən sandım... Baxdım... Sevgilimdənmiş...
Sadəcə cismiylə yanımda olan birindən... Atdım telefonu kənara...Cavab da
yazmadan... Bəlkə sən olsaydın necədə həyəcanla,
gözlərimin içi gülərək cavab yazardım... Hələ də sevgilim yazdığı mesaja cavab
gözləyir... Qoy gözləsin... Məndə səndən mesaj gözləyirəm...
Sevgilim artıq əsəblə dolu ikinci mesajı
yazdı... Sevgi və üzr dolu mesaj gözləyir... Ancaq yazmayacam... Qoy üçüncü
mesajda ayrılmaq istədiyini yazsın... Hər şey üç cavabsız mesaj qədər qısa və
dəyərsizdi...
Nə günə qaldın sən sevgi? Heç özünə
baxmırsan... Güzgün mü yoxdu yoxsa?
“Sevdiyinlə sevgilin eyni olsun”- necə də maraqlı sözlərdir...
Budur üçüncü
mesaj da gəldi “bir də mənə yazma və axtarma”... Mən onsuz da yazmırdım və axtarmırdım... Bu
insanlar qəribədi, etmədiyim bir şeyi “etmə” deyir mənə... Nəticə budur ki, artıq
cismən də yalnızam... "Məni itirdin" də yazmışdı son mesajda... Mən
itirmədim... Mən
imtina etdim... Mən yalnız onu itirdim...
Nə deyim?! Doğum günümdə də məni təbrik edərkən mənə yalnız bir
arzunuz olsun: ''sevdiyinlə sevgilin eyni insan olsun''...
Комментарии
Отправить комментарий