İstərdim...
Yenə ağ vərəq var qarşımda, boş sətirlərinin dolmasını gözləyir... Qaranlıq ətrafımda uzaqda qonşu evlərin zəif işıqları görsənsə də, İşı ğ ın gücü ətrafımı aydınlatma ğ a yetmir... İndi ətrafımı gecənin nuru olan, ayın nura boyanmış işığı aydınladır...Qaranlıqa düçar olmuş, o saf səmaya baxıram.... Ulduzların gözəlliyi valeh edir məni... Birdən gözüm qaranlıq səmanı bəzəyən ulduzun enişi n ə sataşı r ... Həmin anda arzu tutmaq ağlıma gəlsə də, ilk sən düşdün yadıma ... Arzularımdan öncə gəlirsən ağlıma... Səbəbini bilərsən mi söyləsəm...? Niyə arzularımın başı və sonu sənsən...? Fikrə daldıqca özümü başqa dünyanın qapıları acılmış, ikimizin məkanında sanıram... Bədənimi, ürəyimin yanğısını bürüyən bu saf meh, məni öz dünyamıza daha da daxil edir. Əllərimlə həyatıma toxunuram sanki öz aləmimdə... Artıq tənhalığı hiss etdirmir də ətrafımdakı mələklər... Arzum da yox qəlbimdə... İntizar da bezib qaçıb məndən... Söylə indi... Kim geri dönər burdan...? Başımı eyvanın şüşəsinə