Dünyanın içində dünyamsan mənim..


Gəzməyi öyrəndiyimdən bəri atdığım hər addım, səni tapmaq yolunda atılmış bir addımmış məgər... Bəlkə nə vaxtsa zəng edər deyə nömrəsini dəyişməyən insanlar vardır.. Mənim kimi... Həyat həddindən artıq qısadır, onu kiməsə nifrətə sərf etməkdənsə, Səni sevməyə sərf edərəm zamanımı... Ağlıma yox, yanıma gəl,sənə ehtiyacım olanda... Sevgimizin mükəmməl olmasına ehtiyac yoxdu.. Gerçək olsun yetər.. Günəşi qısqanar mı bir insan? Mən qısqanıram! O səni bu gün də gördü, mən isə yenə görmədim... Həyatda elə insanlar var ki, onlara baxmaq elə insanı xoşbəxt edir... Məsələn, sənin kimi...
Dünyanın ən güclü, ən dayanıqlı adamı da olsan, sevdiyinə həmişə məğlub olarsan... Məsələn, mənim kimi...
Mən heç xəyal qurmadım, həmişə dua etdim..
Dünya içində dünyamsan mənim... Bunu bilmiş ol istədim...

Комментарии

Популярные сообщения из этого блога

Bir qadın...

Həyat dediyin əslində "sevgi" deyilmi?!