Gülümsəmək çətindir bəzən...
Gülümsəmək çətindir bəzən; Boğazındakı düyün varlığını tez-tez hiss etdirərkən. Göz bəbəklərin dolu, ürəyində davamlı bir sızı varkən... Gülümsəmək çətindir bəzən; Ən güvəndiyin insanlar səni tərk etmiş, kütlənin orta yerində təkliyi özünə can yoldaşı etmişkən... Gülümsəmək çətindir bəzən; Sevdiklərin bir-bir boşluqda itib gedərkən və səsin arxalarından qışqırmaq üçün cılız qalmışkən... Gülümsəmək çətindir bəzən; Həyat çiyinlərində bütün ağırlığıyla özünü hiss etdirərkən və yaşamaq yalnız nəfəs alıb vermək olmuşkən... Gülümsəmək çətindir bəzən; Ağlayan bir uşağın gözyaşlarında boğularkən ya da bir insana kömək edə bilməməyin əzikliyini yaşayarkən... Gülümsəmək çətindir bəzən; Bu dünyada bir kütlə olmaqdan, kənara keçə bilmədiyin tez-tez xatırladılmışkən... Gülümsəmək çətindir bəzən; Sevənlərin sevdiklərinə, dostların dostlarına, övladların valideynlərinə, insanların insanlara etdiklərinə şahid olmuşkən... Gülümsəmək çətindir bəzən; Gözəl günlərini səssizcə dünənə təsli...

Комментарии
Отправить комментарий