Çək gözlərini gözümdən...

B axma gözlərimə, gözlərimə baxma… Donmuş ruhun içində qıy cəkmiş çağlayan dənizlərin, fırtınaların iniltisini görürəm... Gözlərimə baxma.... Çək gözlərini gözümdən, təaqəti yetmir inildəyən ürəyin baxışını izləməyə... Mən çəkə bilmirəm, yerindən oynada bilmirəm heykəl olmuş göz bəbəklərimi.... Nəinki, üzümü cevirib gedə bilim... Sən ki bunu bacarırsan... Ey gözlərini mənə dikmiş gözlərimin sahibi.... Çək gözlərini gözümdən, qoy bu yoluma davam edim... Gözlərimə tikilmiş, bir cüt gözə arxa dönüb , onları tərk edə bilim... Səssiz eşidirəm gözlərindən sözlərini... Daxilində nə baş verir mən görürəm gözlərini... Nə olar... Ey gözlərini mənə tikmiş gizli eşqin sahibi, çək gözlərini.... Poz bu sükutu, poz bu xəyalları, poz bu göydən yerə nur tək yağan gözə görünməz yağışları, leysanları... Çək gözlərini gözümdən, qoy qıy cəkmiş ağlaq təbiət öz səadətinə qovuşsun... Çək gözlərini gözümdən, dənizlər ləpələrlə ovunsun.... Çək gözlərini, baxma gözləri...