Сообщения

Сообщения за сентябрь, 2017

Hər gün ömürdən gedir

Hər gün ömürdən gedir, deyirlər. Doğrudur gedir. Hər şey kimi. Saat kimi, uşaqlıq kimi, sağlamlıq kimi, gənclik kimi. Gələn heç nə yoxdur. Dünyaya gəlməyimiz belə ana bətnindən gedişimizlə başlayır. Hətta alimlər subut ediblər ki, hər gün neçə hüceyrəmiz gedir – bitir, tükənir, ölür. Və gedən heç bir şey izsiz deyil. Gedirsə, deməli haradasa yığılır, harasa çatır, haradasa dayanır, harasa gəlir və təkrar yola davam edir. Yaşadığımız zaman su kimi damla-damla süzülür ömrümüzdən. O da gedir bizim kimi.  Yolçuyuq… Şair demiş, uzun, incə bir yoldayıq... Yollar da gedir, insanlar da. İnsanlar da gedir, zaman da. Hami, hər şey harasa axıb gedir, çıxıb gedir. Bir gün tükənəcəyini bildiyimiz ömür yaşayırıq. Bir gün harasa gedib çıxacağımızı bilmədiyimiz bir yolun yolçusuyuq hamımız. Yolçusu olduqumuz yol çox qəribədir. Döngəli, keşməkeşli, fərqli ağ-qara zolaqların izinə düşüb gedirik sanki. Yüklüyük… Hamımızın yükü var bu yolda. Hərə daşıya biləcəyini daşıyır. Çəkə biləcəy

Gülümsəmək çətindir bəzən...

Gülümsəmək çətindir bəzən; Boğazındakı düyün varlığını tez-tez hiss etdirərkən. Göz bəbəklərin dolu, ürəyində davamlı bir sızı varkən... Gülümsəmək çətindir bəzən; Ən güvəndiyin insanlar səni tərk etmiş, kütlənin orta yerində təkliyi özünə can yoldaşı etmişkən... Gülümsəmək çətindir bəzən; Sevdiklərin bir-bir boşluqda itib gedərkən və səsin arxalarından qışqırmaq üçün cılız qalmışkən... Gülümsəmək çətindir bəzən; Həyat çiyinlərində bütün ağırlığıyla özünü hiss etdirərkən və yaşamaq yalnız nəfəs alıb vermək olmuşkən... Gülümsəmək çətindir bəzən; Ağlayan bir uşağın gözyaşlarında boğularkən ya da bir insana kömək edə bilməməyin əzikliyini yaşayarkən... Gülümsəmək çətindir bəzən; Bu dünyada bir kütlə olmaqdan, kənara keçə bilmədiyin tez-tez xatırladılmışkən... Gülümsəmək çətindir bəzən; Sevənlərin sevdiklərinə, dostların dostlarına, övladların valideynlərinə, insanların insanlara etdiklərinə şahid olmuşkən... Gülümsəmək çətindir bəzən; Gözəl günlərini səssizcə dünənə təsli